Polad Bülbüloğlu “Mətbuatın dostu” xatirə medalı ilə təltif olunub

Polad Bülbüloğlu “Mətbuatın dostu” xatirə medalı ilə təltif olunub

16 Sentyabr 2024

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu TASS-ın “Mətbuatın dostu” xatirə medalı ilə təltif olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, medal Müstəqil Dövlətlər Birliyinin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (MDB İnformasiya Şurası) XXXII iclası çərçivəsində verilib. TASS-ın baş direktoru Andrey Kondraşov Azərbaycanın səfirinə fəxri nişan və diplom təqdim edib.

“Mətbuatın dostu” medalı TASS tərəfindən təsis edilib və kütləvi informasiya vasitələri ilə münasibətlərdə açıqlıq və xeyirxahlığa görə dövlət və ictimai xadimlərə verilir.