Kreditdən təyinatı üzrə istifadə etməməyə görə  hansı cəzalar müəyyən edilib? -

Kreditdən təyinatı üzrə istifadə etməməyə görə hansı cəzalar müəyyən edilib? - HÜQUQ MƏSLƏHƏTİ

13 Sentyabr 2024

Sual: Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməməyə görə  Azərbaycan Respublikası Cinayət Məcəlləsində  hansı cəzalar müəyyən edilib?

Cavab: Təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərüffat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə istifadə edilməməsi xeyli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Nurlan Əhmədli