Ağır xəstəlikdən əziyyət çəkən şahid hansı formada dindirilir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Görmə, eşitmə və nitq qabiliyyəti məhdud olan və ya digər ağır xəstəlikdən əzab çəkən şahid hansı formada dindirilir?
Cavab: Görmə, eşitmə və nitq qabiliyyəti məhdud olan şahidin dindirilməsi onun işarələrini başa düşən və ya onunla işarələr vasitəsilə danışan şəxsin iştirakı ilə aparılır. Həmin şəxsin dindirilmədə iştirakı dindirmə protokolunda əks etdirilir.
Şahidin ruhi və ya digər ağır xəstəlikdən əzab çəkdiyi halda onun dindirilməsi həkimin icazəsi və iştirakı ilə aparılır. Görmə, eşitmə və nitq qabiliyyəti məhdud olan və ya digər ağır xəstəlikdən əzab çəkən şahidin dindirilməsində onun qanuni nümayəndəsi və nümayəndəsi iştirak edə bilər.
Sualı cavablandırdı: Ordubad rayon prokurorluğunun müstəntiqi - Tuncay Əsgərli