Elxan Nəcəfov yeni tədris ilində bir neçə təhsil müəssisəsində olub -

Elxan Nəcəfov yeni tədris ilində bir neçə təhsil müəssisəsində olub - FOTO

16 Sentyabr 2024

Sentyabrın 16- da Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov Naxçıvan şəhər 12 nömrəli, Kəngərli rayon Xok kənd tam orta məktəblərində və Naxçıvan şəhər 8 nömrəli Körpələr evi uşaq bağçasında olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təhsil müəssisələrinin kollektivləri, valideynlər ilə görüşüb, yeni tədris ili münasibətilə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin təbrikləri kollektivə çatdırıb, müəssisələrin tədris şəraiti ilə tanış olub.