Naxçıvanda STEAM Təlim-Tədris Mərkəzinə şagird qəbuluna başlanılır

Naxçıvanda STEAM Təlim-Tədris Mərkəzinə şagird qəbuluna başlanılır

17 Sentyabr 2024

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən STEAM Təlim -Tədris Mərkəzinə 18 sentyabr 2024-cü il tarixdən şagird qəbuluna başlanılır.

STEAM Təlim-Tədris Mərkəzində fəaliyyət göstərəcək sahələr:

*Proqramlaşdırma

*3D Printer və 3D Modelləşdirmə

*CNC lazer texnologiyaları

*STEAM Kids

*Pilotsuz uçuş texnologiyaları

Qəbul üçün lazım olan sənədlər:

3x4 (2 ədəd) şagirdin şəkli

Şəxsiyyət vəsiqəsinin surəti

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, dərslər 1 oktyabr 2024-cü il tarixdə başlayacaq və hər bir sahə üzrə həftədə 2 dəfə olmaqla,14:30-dan 16:30-a kimi tədris olunacaq. Qəbul olunan şagirdlər mərkəzin mütəxəssisləri tərəfindən bacarıqları və maraqları nəzərə alınaraq müvafiq kabinələrdə təlimə başlayacaqlar.