Naxçıvanda təhsil müəssisələrində vakant yerlər var

Naxçıvanda təhsil müəssisələrində vakant yerlər var

19 Sentyabr 2024

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə tabe təhsil müəssisələrində işə qəbul prosesində müsabiqə yolu ilə nəzərdə tutulmayan və vakant olan təsərrüfat müdiri, dayə, xadimə, bağban, dalandar, çilingər, gözətçi, ocaqçı, elektirik, santexnik, paltaryuyan, fəhlə və digər vəzifələrə işə qəbul Dövlət Məşğulluq Agentliyinin rayon (şəhər) Məşğulluq Şöbələri tərəfindən verilən göndəriş əsasında həyata keçirilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təhsil müəssisələrində olan vakansiyalar müəssisənin rəhbəri tərəfindən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Məşğulluq Agentliyinin və rayon (şəhər) Məşğulluq Şöbələrinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilir.Vətəndaşların yuxarıda adıçəkilən dövlət qrumlarına müraciəti əsasında müvafiq vakansiyaya uyğun olan şəxslər rayon (şəhər) Məşğulluq Şöbələri tərəfindən göndərişlə təmin edilir.

Göndərişi alan namizədin işə qəbulu isə qanunvericiliyin tələbləri nəzərə alınmaqla müvafiq təhsil müəssisəsinin rəhbəri tərəfindən rəsimləşdirilir.

Təhsil müəssisələrinə işə qəbul üçün müraciət edən vətəndaşlardan xahiş olunur ki, yuxarıda göstərilən vəzifələrlə bağlı rayon (şəhər) Məşğulluq Şöbələrinə müraciət etsinlər.