Sədərəkdə müəllim və şagirdlər yeni dərs ilində məktəbə velosipedlərlə gəliblər -

Sədərəkdə müəllim və şagirdlər yeni dərs ilində məktəbə velosipedlərlə gəliblər - FOTO

16 Sentyabr 2024

Bu gün Naxçıvan Muxtar Respublikasının hər yerində olduğu kimi, Sədərək kənd 1 nömrəli tam orta məktəbdə də Bilik Günü qeyd edilib, yeni tədris ilinin ilk zəngi çalınıb. Amma burada kollektiv yeni tədris ilinə digər məktəblilərdən fərqli başlayıblar. Belə ki, müəllim və şagirdlər məktəbə uzaq məsafələrdən avtomobillə yox, velosipedlərlə gəliblər. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, sağlam həyat tərzini hər şeydən üstün tutan kollektiv bu nümunəvi hərəkətləri ilə təbiətin dostu olmağın mesajını verməklə yanaşı “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə də özünəmxsus töhfələrini veriblər. 

Qeyd edək ki, bu ənənə Dəmirçi kəndində də davam etdirilir və hər iki kənddəki məktəbin həyətində velosiped dayanacaqları quraşdırılıb.