
Bokçularımız İğdırda rinqə çıxıb - FOTO
Şərurun boks komandası İğdır Genclik ve Spor İl Müdürlüyünün dəvəti əsasında Türkiyənin adıçəkilən bölgəsində olub, yerli komanda ilə yoldaşlıq görüşü keçirib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qardaş ölkəyə məşqçilər Rasim isgəndərov və Vüqar Novruzovun rəhbərliyində 16 nəfərlik idmançı heyəti ilə qatılan komandanın 7 üzvü görüşlərdə qələbə qazanıb. Belə ki, Sunay İsmayılova, Süsən İsmayılova, Nizam İsgəndərov, Özkan Həsənov, Mahir Məmmədzadə, Ruhin Səfərov və Aftandil Bəşirov türkiyəli rəqiblərindən üstün olublar.