
Komitə sədrinin vətəndaşlarla növbəti görüşü olub - FOTO
Martın 14-də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Kəngərli rayonunun Yurdçu kəndində sakinlərlə görüş keçirib və onların müraciətlərini dinləyib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, komitə sədri sakinlərin müraciətlərini ayrı-ayrılıqda dinləyib, əməkdaşlar tərəfindən müraciətlər protokollaşdırılıb. Müraciətlər əsasən ünvanlı dövlət sosial yardımın təyin edilməsi, yaşadığı ünvana internet şəbəkəsinin çəkilməsinə köməklik göstərilməsi, pensiya müavinətinin təyin olunması və digər məsələlərlə bağlı olub.
Görüş zamanı vətəndaşlara qanunvericilik çərçivəsində hüquqi izahatlar verilmiş, Komitənin səlahiyyətləri daxilində olan müraciətlər nəzarətə götürülmüş və protokollaşdırılması təmin edilmişdir.