Xok kəndində fərdi yaşayış evində yanğın hadisəsi baş verib

Xok kəndində fərdi yaşayış evində yanğın hadisəsi baş verib - FOTO

14 Mart 2025

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kəngərli rayonu Xok kəndind fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, məlumatla əlaqədar dərhal Kəngərli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerlərinə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 230 m² olan yaşayış evinin 99 m² hissəsi yanıb, 131 m² isə yanğından mühafizə olunub.