Azərbaycanda daha bir neçə qoruğun sərhəd xəritələri hazırlanacaq

Azərbaycanda daha bir neçə qoruğun sərhəd xəritələri hazırlanacaq

14 Mart 2025

Azərbaycanda bir neçə qoruğun sərhədlərini və mühafizə zonasını əks etdirən xəritənin hazırlanacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.

Bildirilib ki, Qobustan Milli Tarix-Bədii Qoruğunun, Quba şəhərində “Quba Soyqırımı Memorial Kompleksi”nin, Zaqatala Tarix-Mədəniyyət Qoruğunun və “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonasını əks etdirən xəritənin hazırlanması məqsədilə müvafiq komissiyalar yaradılıb.