
Ötən ay 55 nəfərin Azərbaycana readmissiyası həyata keçirilib
Ötən ay ərzində Dövlət Miqrasiya Xidməti (DMX) 55 şəxsin Azərbaycana readmissiyasını həyata keçirib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə DMX-nin Readmissiya məsələləri idarəsindən məlumat verilib.
Bildirilib ki, onlar əsasən Avropa ölkələrindən geri qəbul edilmiş şəxslərdir.
Qeyd edək ki, proses Azərbaycanın imzaladığı readmissiya sazişləri çərçivəsində baş tutub.