
Naxçıvanda “Muğam” konsert-lektoriya keçirilib - FOTO
Naxçıvan Dövlət Filarmoniyasının zalında keçirilən “Muğam” konsert-lektoriyada Azərbaycan Respublikasının əməkdar artisti Elman Əliyev tar sinfində muğam fənninin tədris metodikasının ifa üslubu və xüsusiyyətləri barədə ətraflı məlumat verib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Hünər Əliyev və Zülfiqar Mahmudov xanəndə sinfində ixtisas fənninin tədris metodikasının ifa üslubu və xüsusiyyətləri mövzusunda çıxış ediblər.
Tədbirin bədii hissəsində Zülfiqar Mahmudovon ifasında “Rast” muğamı və “Bayatı” kürd muğamı təqdim olunub.
Konsert – lektoriya tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.