Azərbaycanın Ermənistanla şərti dövlət sərhədinin 202,5 km-lik hissəsində müdafiə mövqeləri möhkəmləndirilib

Azərbaycanın Ermənistanla şərti dövlət sərhədinin 202,5 km-lik hissəsində müdafiə mövqeləri möhkəmləndirilib

14 Mart 2025

Azərbaycanın Ermənistanla şərti dövlət sərhədinin 202,5 km-lik hissəsində zəruri sərhəd infrastrukturu yaradılaraq müdafiə mövqeləri möhkəmləndirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.

Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, 2024-cü il 15 may tarixində Birgə Komissiyanın 9-cu iclasında qəbul edilmiş qərara əsasən Ermənistanın işğalı altında saxlanılan Qazax rayonunun dörd kəndi (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızıl Hacılı) Azərbaycana geri qaytarılmış və müvafiq ərazidə yeni sərhəd zastavaları yaradılaraq dövlət sərhədinin mühafizəsinə və müdafiəsinə başlanılıb.