
Anar Quliyev: Qarabağdakı inşaat işləri zamanı mədəni irs qorunur
Azərbaycan Qarabağda həyata keçirdiyi inşaat işləri zamanı mədəni irsi qoruyur.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev XII Qlobal Bakı Forumunda bildirib.
"Azərbaycan inşaat işlərini səmərəli formada davam etdirir", - deyə o qeyd edib.
A.Quliyev sülh və əmin-amanlığın regional olduğu qədər həm də qlobal baxımdan əhəmiyyətli olduğunu diqqətə çatdırıb: “Bu mənada qonşularla və beynəlxalq tərəfdaşlarla işləyib bərpa prosesinin təkcə bizim ölkə üçün yox, eləcə də bütün bölgə üçün inkişaf vəd etdiyini isbat edə bilərik”.