Azərbaycan boksçusu dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəlib

Azərbaycan boksçusu dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəlib

10 Mart 2025

Azərbaycan təmsilçisi Serbiyanın Niş şəhərində keçirilən qadın boksçular arasında dünya çempionatında Ermənistan idmançısına qalib gəlib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 54 kq çəkidə mübarizə aparan Zeynəb Rəhimova 1/16 finalda Yekaterina Sıçevanı üstələyib.

O, rəqibini 5:2 (münsiflərin qərarı) hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu gün Aynur Mikayılova (57 kq) da mübarizəyə qoşulacaq.