Azərbaycan Milli Məclisi ilə Gürcüstan Parlamenti arasında əməkdaşlıq memorandumu imzalanıb -

Azərbaycan Milli Məclisi ilə Gürcüstan Parlamenti arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO

10 Mart 2025

Milli Məclisin sədri Sahibə Qafarovanın Gürcüstana rəsmi səfəri çərçivəsində iki ölkənin qanunverici orqanları arasında əməkdaşlıq haqqında memorandumun imzalanması mərasimi keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, sənədi Milli Məclisin sədri Sahibə Qafarova və Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili imzalayıblar.

Qeyd olunub ki, bu sənəd qanunverici orqanlar arasında münasibətlərin daha da dərinləşməsinə, əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcək.