
Uşaqlar üçün teatr tamaşası təşkil olunub - FOTO
“10 mart-Milli Teatr Günü” ilə əlaqədar uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Yevgeni Şvartsın “Qırmızı papaq” əsərinin tamaşası nümayiş olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, keçirilən tamaşada valideynlərini itirmiş və valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, və digər xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları olmaqla 120 nəfər iştirak edib.
Tamaşa uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.