Azərbaycanın iki taekvondoçusu Niderlandda medal qazanıb

Azərbaycanın iki taekvondoçusu Niderlandda medal qazanıb

09 Mart 2025

Azərbaycanın iki taekvondoçusu Eyndhoven şəhərində keçirilən 52-ci açıq Niderland çempionatında medal qazanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, yarışın ilk günündə böyüklərdən ibarət millinin üzvləri Bəhruz Quluzadə (54 kq) və Eltac Qafarov (87 kq) fərqləniblər.

Onların hər ikisi bürünc mükafat əldə edib.