Gənclərin iştirakı ilə aktual mövzulardan daha biri müzakirə olunub -

Gənclərin iştirakı ilə aktual mövzulardan daha biri müzakirə olunub - FOTO

06 Mart 2025

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən gənclərdə dünyagörüşünün zəngiləşdirilməsi, mədəni özünüifadə, diskussiya vərdişlərinin formalaşdırılması, cəmiyyətə təsir imkanlarının artırılması və bir sıra lazımi istiqamətlər üzrə müzakirələrin təşkili davam etdirilməkdədir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının binasında “Milli-mənəvi dəyərlər və müasir gənclik” mövzusunda dəyirmi masa təşkil olunub.

Könüllü gənclərin iştirakı ilə reallaşan tədbirdə Nazirliyin əməkdaşları və tədbirə qonaq qismində dəvət olunan AMEA Naxçıvan Bölməsi şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərova mövzu ətrafında fikirlər səsləndiriblər. Milli-mənəvi dəyərlərin xalqın, vətəndaşların birliyinə, əxlaqi keyfiyyətlərin, insani xarakterlərin formalaşmasına xidmət etdiyi vurğulanıb, müasir gəncliyin bu dəyərlər sistemindəki rolu və cəmiyyətə təsir imkanlarından bəhs olunub.

Mövzu ilə bağlı gənclərlin fikirləri dinlənilib, birgə müzakirələr aparılıb.