DİN vətəndaşlara müraciət etdi

DİN vətəndaşlara müraciət etdi

09 Mart 2025

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, müraciətdə vətəndaşlara maksimum ehtiyatlı davranmaq, mina, partlamamış hərbi sursat və ya naməlum əşyalara toxunmamaq tövsiyə edilir.

“Təhlükəli sahələrə daxil olmayın, atılıb qalmış sursatlara toxunmayın, həyatınızı minaya qurban verməyin.

Heç vaxt mina, partlamamış hərbi sursat və ya naməlum əşyalara toxunmayın, əlinizə götürməyin. Onlara müdaxilə etməyə çalışmayın”, - DİN-in müraciətində qeyd olunur.