
Naxçıvan şəhərinə elektrik enerjisinin verilişində fasilə yaranacaq
Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2024-cü il tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin funksiyalarının “Azərenerji” və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətlərinə ötürülməsi əlaqədar elektrik yarımstansiyalarında cəmiyyətin balans mənsubiyyətli sərhədlərində elektrik sayğaclarının quraşdırılması məqsədilə Naxçıvan şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Bu barədə muxtar respublikanın Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, martın 10-da 110/35/10 kilovoltluq "Naxçıvan" yarımstansiyasından qidalanan ərazilərdə saat 10:00-dan 13:00-dək, 110/35/10 kilovoltluq "Xalçaçılıq" yarımstansiyasından qidalanan ərazilərdə 15:00-dan 17:00-dək, 110/10 kilovoltluq "Koroğlu" yarımstansiyasından qidalanan ərazilərdə isə saat 17:00-dan 18:00-a dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.