Naxçıvanda mart ayının pensiyaları ödənilib

Naxçıvanda mart ayının pensiyaları ödənilib

08 Mart 2025

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən mart ayının pensiya ödənişi başa çatdırılıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Pensiyaçılar pensiyalarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.