Ağbulaq İstirahət və Xizək Mərkəzinə istirahət təşkil olunub -

Ağbulaq İstirahət və Xizək Mərkəzinə istirahət təşkil olunub - FOTO

09 Mart 2025

Martın 8-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının ittifaq üzvlərindən növbəti 59 nəfərin Ağbulaq İstirahət Mərkəzində iki günlük istirahəti təşkil olunub. Mərkəzdə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədr müavini Xatirə İbrahimli çıxış edərək Həmkarlar İttifaqları sıralarında təmsil olunan xanımların timsalında bütün Azərbaycan qadınlarını təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. Sonra qadınlarla birgə tort kəsilib, maraqlı anlar yaşanıb. Mərkəzdə təşkil olunan intellektual bilik yarışı, şahmat, stolüstü tennis və digər əyləncəli oyunlar da ittifaq üzvlərinin asudə vaxtlarını yaddaqalan edib.

Qeyd edək ki, Şuranın ittifaq üzvləri aldıqları yollayışların dəyərinin cəmi 15%-ni ödəməklə Mərkəzdə xizək meydançasından, kanat xəttindən, gündə 3 dəfə dadlı təamlardan və yaradılan bütün şəraitlərdən faydalanaraq vaxtlarını səmərəli keçiriblər.