Naxçıvan Qaziləri İctimai Birliyi şəhid analarını ziyarət edib -

Naxçıvan Qaziləri İctimai Birliyi şəhid analarını ziyarət edib - FOTO

08 Mart 2025

Naxçıvan Qaziləri İctimai Birliyi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Culfa rayonunda şəhid analarını ziyarət edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüş zamanı Birliyin sədri dövlətimiz tərəfindən şəhidlərin ailələrinin hər zaman diqqətdə saxlanıldığını və onların yanında olduqlarını bildirib.

Qeyd olunub ki, şəhidlərin xatirəsi daim uca tutulur və onların ailələri cəmiyyətin diqqət mərkəzində olmalıdır.