Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun zabitləri şəhid analarını ziyarət edib

Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun zabitləri şəhid analarını ziyarət edib - FOTO

08 Mart 2025

Bu gün Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun zabitləri şəhid analarını evlərində ziyarət edərək onlara bayram təbriklərini çatdırıblar.


"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşlər zamanı şəhidlərin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, Vətən müharibəsində əldə edilən Böyük Zəfər qürurla vurğulanıb.

Torpaqlarımız uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın xatirəsi ehtiramla yad edilib.


Zabitlər şəhid analarına diqqət və qayğının davamlı olacağını bildirərək, onların hər zaman dövlətin və ordunun diqqətində olduqlarını qeyd ediblər.