Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb

Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb

12 Mart 2025

Azərbaycanın daha bir qadın güləşçisi Elnurə Məmmədova (53 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təmsilçimiz finalda rusiyalı Yekaterina Karpuşkinaya (UWW) 3:0 hesabıyla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl qadın güləşçilərin mübarizəsində Günay Qurbanova (59 kq) qızıl medala sahib çıxıb.