
Dövlət Gömrük Komitəsinin sədrinə yeni müavin təyin edilib - SƏRƏNCAM
Dövlət Gömrük Komitəsinin sədrinə yeni müavin təyin edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Fuad Elxan oğlu Məmmədov Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin olunub.
Qeyd edək ki, o, bu təyinata qədər Komitənin Ümumdünya Gömrük Təşkilatında nümayəndəsi olub.