Dövlət Komitəsinin nümayəndə heyəti Qarsda yerləşən məscidləri ziyarət edib

Dövlət Komitəsinin nümayəndə heyəti Qarsda yerləşən məscidləri ziyarət edib

12 Mart 2025

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qarsda yerləşən “Evliya” məscid kompleksini, “İşıqlı” və “Ulu” məscidlərini ziyarət edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, məscidlərdə fəaliyyət göstərən din xadimləri ilə görüşlərdə iki qardaş ölkə arasında münasibətlərin dövlət başçıları tərəfindən daha yüksək səviyyəyə çatdırılmasının, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməsinin önəmini vurğulanıb.

Eyni zamanda dövlətimiz tərəfindən xalqımızın tarixi-mədəni irsinin, milli-mənəvi dəyərlərinin qorunmasının, habelə dini ibadət yerlərinin bərpasının daim diqqətdə saxlanıldığını bildirilib. İslam həmrəyliyinin və vəhdətin vacibliyi barədə fikirlər səsləndirilib.