Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri vətəndaşları qəbul edib

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri vətəndaşları qəbul edib - FOTO

12 Mart 2025

“Konstitusiya və Suverenlik ili” və “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi” ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi vətəndaşları qəbul edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbul zamanı vətəndaşları narahat edən məsələlər diqqətlə dinlənilib, qaldırılan problemlərin operativ araşdırılması və qanunamüvafiq şəkildə tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.