Naxçıvanda vergi daxilolmaları 10,8 faiz artıb

Naxçıvanda vergi daxilolmaları 10,8 faiz artıb

12 Mart 2025

2025-ci ilin yanvar – fevral ayları ərzində Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 33,4 milyon manat vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 10,8 faiz və ya 3,2 milyon manat çoxdur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ödənilən vergilərin 65,3 faizi qeyri-dövlət sektorunun, 34,7 faizi isə dövlət sektorunun payına düşüb.