Ombudsmanın kollektivi sərgi-satışla tanış olub -

Ombudsmanın kollektivi sərgi-satışla tanış olub - FOTO

17 Oktyabr 2024

Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar keçirilən məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkası təşkil edilir.
 
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) kollektivi də sərgi-satış yarmarkasında iştirak edib.
 
Sərgi-satış yarmarkasında nümayiş olunan əl işləri barədə kollektivə ətraflı məlumat verilib. Qeyd olunub ki, sərgidə iştirak edən müəlliflər sırasında sağlamlıq imkanları məhdud şəxslərlə yanaşı, ahıl vətəndaşlar, özünüməşğulluq proqramına cəlb edilmiş şəxslər də yer alır.