Mərkəzi Bankın Naxçıvan  İdarəsinin kollektivi sərgi-satış yarmarkasında olub -

Mərkəzi Bankın Naxçıvan İdarəsinin kollektivi sərgi-satış yarmarkasında olub - FOTO

17 Oktyabr 2024

Oktyabrın 17-də Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi, muxtar respublikada fəaliyyət göstərən bank və sığorta şirkətlərinin filial kollektivləri, Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin Naxçıvan filialı və Naxçıvan İpoteka Fondu ASC-nin kollektivi Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar keçirilən sərgi-satış yarmarkasına baxış keçiriblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, sərgidə iştirak edən müəlliflər sırasında sağlamlıq imkanları məhdud şəxslərlə yanaşı, ahıl vətəndaşlar, özünüməşğulluq proqramına cəlb edilmiş şəxslər də yer alır. Sərgidə ümumilikdə 447 müəllifin 10929 əl işi nümayiş etdirilir.