NMİ-də “18 Oktyabr-Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş tədbir keçirilib -

NMİ-də “18 Oktyabr-Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş tədbir keçirilib - FOTO

17 Oktyabr 2024

NMİ-də “18 Oktyabr-Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş tədbirə müstəqil Azərbaycanın severenliyi uğrunda canını qurban vermiş qəhrəman şəhidlərin və ulu öndər Heydər Əliyevin əziz xatirəsinin 1 dəqiqəlik sükütla yad edilməsi, ardınca Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, giriş sözü ilə çıxış edən institutun rektoru Azad Novruzov Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasından bəhs edərkən bildirib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl olub. Odur ki, bu gün Azərbaycan hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşayır.  Rektor Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında və uzaqgörən siyasəti nəticəsində məğlubedilməz ordumuzun 44 günlük Vətən müharibəsindəki zəfərinin müstəqilliyimizin ən parlaq qələbəsi və gənclərin də bu müstəqilliyin sarsılmaz olmasının qarantı olduğunu vurğulayıb. Bildirib ki, II Vətən müharibəsində Azərbaycan xalqı öz liderinin ətrafında daha möhkəm birləşərək müstəqilliyimizin həmişəyaşarlığına imza atdı. Bu gün biz müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik. Azad Novruzov professor-müəllim kollektivinin, gələcək müəllimlərin üzərinə düşən vəzifələrdən danışıb, tədbir iştirakçılarını, bütün Azərbaycan xalqını “18 Oktyabr-Müstəqilliyin Bərpası Günü” münasibəti ilə təbrik edib.

Tədbirdə Hümanitar və ictimai fənlər” kafedrasının müdiri Aytəkin Qəhrəmanova “18 Oktyabr-tariximizin şanlı səhifəsidir” mövzusunda çıxış edib. Məruzəçi öz çıxışında dövlət müstəqilliyimizin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlərdən bəhs edib, həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib.

Sonra günün anlam mahiyyətini əks etdirən qısametrajlı videorolik nümayiş olunub, institutun tələbələrinin iştirakı ilə hazırlanan tədbirin bədii hissəsində vətənpərliyə həsr olunmuş müxtəlif məzmunlu şeirlər, solo mahnılar ifa edilib.