Naxçıvanda bu müəllim ən yüksək bal topladı

Naxçıvanda bu müəllim ən yüksək bal topladı

16 Oktyabr 2024

Sertifikatlaşdırma prosesinin test mərhələsində maksimum nəticə göstərən Babək rayon Arazkənd ümumi orta məktəbinin müəllimi Dünya Əliyeva prosesin müsahibə mərhələsində də ən yüksək nəticə göstərib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvanda bu il ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən müəllimlərin sertifikatlaşdırma prosesinin test mərhələsində maksimum nəticə (60 bal) göstərən Babək rayon Arazkənd ümumi orta məktəbinin ingilis dili müəllimi Dünya Əliyeva prosesin müsahibə mərhələsində də ən yüksək nəticə göstərib. Belə ki, 30 sentyabr- 1 oktyabr tarixlərində sertifikatlaşdırma prosesinin test mərhələsində uğur qazanan təhsilverənlər üçün keçirilən müsahibə mərhələsində müəllimlərin proqram əsasında mövzu təqdimetmə, qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarığı meyarları üzrə qiymətləndirilməsi aparılıb. Dünya Əliyeva təqdim edilən meyarlar üzrə sualları tam cavablandıraraq maksimum 40 bal toplamaqla ümumi nəticəsini 100 bala çatdırıb.

Təbrik edirik!