Tibb Kollecində “Yaşıl dünya yaşıl təfəkkürdən başlayır” mövzusunda tədbir keçirilib -

Tibb Kollecində “Yaşıl dünya yaşıl təfəkkürdən başlayır” mövzusunda tədbir keçirilib - FOTO

16 Oktyabr 2024

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetinin Tibb Kollecində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya yaşıl təfəkkürdən başlayır” mövzusunda maarifləndirici tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Naxçıvan Dövlət Universitetinin Tibb Kollecinin direktoru Sona Məmmədova çıxış edərək mövzunun əhəmiyyətdən danışıb.

Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov, Cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi ədliyyə müşaviri İsfəndiyar Qasımov və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Vüqar Kərimov mövzu ilə bağlı çıxış ediblər.

Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub.