Naxçıvan şəhərində stolüstü tennis birinciliyi keçirilib -

Naxçıvan şəhərində stolüstü tennis birinciliyi keçirilib - FOTO

16 Oktyabr 2024

İlham Əliyev adına Olimpiya İdman Kompleksində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında 18 oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş stolüstü tennis birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşan yarışa 16-sı qız, 12-si oğlan olmaqla, ümumilikdə 28 gənc qatılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ilk üç yerin sahiblərinə diplom, medal və hədiyyələr təqdim olunub. Mükafatlandırma mərasimində gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov iştirak edib.

Nəticələrə gəlincə, Sədaqət Rəhimiova (NDU) və Eldar Qulamov (Hərbi Kollec) birinciliyin qalibi olublar. Müvafiq ardıcılllıqla Lalə Musayeva (NDU)və Aysun Nağıyeva (NDTK) qızlarda, Elşən Qurbanovla (NMİ) Elşən Quliyev (NDU) isə oğlanlar arasında ilk üçlüyü tamamlayıblar.