Turqay Qəribli 3 qat Avropa çempionu adını qazandı

Turqay Qəribli 3 qat Avropa çempionu adını qazandı

14 Oktyabr 2024

Azərbaycan Respublikası Gənclər  İdman Nazirliyinin strongmen üzrə komandasının iştirakçısı Turqay Qəribli bayrağımızı Avropada dalğalandırmağa nail olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, oktyabrda 13-də İspaniyanın Madrid şəhərində Keçirilən Avropa çepionatında ölkəmizi strongmen üzrə 95 kg çəki dərəcəsində təmsil edən Turqay Qəribli 3 qat Avropa çempionu adına layiq görülüb. Xüsusi əzmkarlıqla qələbəyə nail olan peşəkar idmançı bu qələbəni bütün şəhid analarına həsr etdiyini vurğulayıb.

Turqay peşəkar idmançı olmaqla yanaşı həm də keçmiş hərbçidir. 2021-ci ildə Daxili işlər nazirliyinin əmri ilə DİN Daxili Qoşunlarınının Xüsusi təyinatlı panter dəstəsinə gizir rütbəsində qurub komandirinin müavini vəzifəsində beş il qüsursuz xidmət göstərib.

Türkiyə Xüsusi Təyinatlıları kursunun və Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə ordusunun Özəl Kuvvetler Birliyinin Naxcıvanda keçirdiyi Antiteror və iç güvənlik kursunun birinciliklə qalibidir.

Biz də öz növbəmizdə idmançımızı təbrik edir, ona gələcək işlərində yeni-yeni uğurlar, nailiyyətlər arzu edirik. Vətən sizin kimi oğulları ilə qürur duyur.