Azərbaycanın stolüstü tennisçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycanın stolüstü tennisçiləri Avropa çempionatında iştirak edəcəklər

14 Oktyabr 2024

Azərbaycanın stolüstü tennisçiləri böyüklər arasında şəxsi Avropa çempionatında iştirak edəcəklər.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, seçmə komanda bu məqsədlə Avstriyaya yollanıb.

Lints şəhərində təşkil olunacaq yarışda baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Nihat Məmmədov və Hilal Həsənov qələbə uğrunda mübarizə aparacaq.

Sabah başlanacaq turnirə oktyabrın 20-də yekun vurulacaq.