"Nə? Harada? Nə zaman?" intellektual oyununa qeydiyyat başladı

"Nə? Harada? Nə zaman?" intellektual oyununa qeydiyyat başladı

14 Oktyabr 2024

Gənclər arasında Qərbi Azərbaycanla bağlı intellektuaıl yarışma – QEYDİYYAT BAŞLADI!

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə "Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək" İctimai Birliyi tərəfindən "Qərbi Azərbaycana dönüş prosesində gənclərin fəallığının artırılması" qrant layihəsi çərçivəsində "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçiriləcək. Yarışda bütün suallar Qərbi Azərbaycan tarixini və mədəniyyətini əhatə edəcəkdir. Komandalar hər biri 14-29 yaş aralığında olan 1 komanda kapitanı və 5 komanda üzvündən (6 nəfər) ibarət olmalıdır. Yarışda qeydiyyatdan keçmiş ilk 10 komanda iştirak hüququ qazanacaq və həmin komandalarla əlaqə saxlanılacaq.

Qeydiyyat linki: https://shorturl.at/Qkf32 (hekayə bölməsində)

Tarix: 23.10.2024 (10:00)

Məkan: Naxçıvan şəhəri, Gənclər Mərkəzi

Əlavə məlumat: (036) 544-50-06