Azərbaycan Ruanda ilə iqtisadi-ticarət əlaqələrini genişləndirməyi müzakirə edib

Azərbaycan Ruanda ilə iqtisadi-ticarət əlaqələrini genişləndirməyi müzakirə edib

20 Dekabr 2024

Azərbaycanla Ruanda arasında sosial xidmətlər, iqtisadiyyat, ticarət və humanitar sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı müzakirələr iqtisadiyyat nazirinin müavini Elnur Əliyevin Ruanda İnkişaf Şurasının Baş icraçı direktorunun müavini Juliana Muganza ilə keçirdiyi görüşdə aparılıb.

Görüşdə, Azərbaycanın sosial xidmətlər sahəsində uğurlu təcrübəsi, bu sahədəki islahatlar barədə məlumat verilib, əlaqələrin inkişafına dəstək məqsədilə hüquq-müqavilə bazasının genişləndirilməsinin vacibliyi vurğulanıb.