Azərbaycanda təbii inhisar subyektlərinin maliyyə hesabatlarının forması təsdiqlənib

Azərbaycanda təbii inhisar subyektlərinin maliyyə hesabatlarının forması təsdiqlənib

20 Dekabr 2024

Nazirlər Kabineti təbii inhisar subyektlərinin sahibkarlıq fəaliyyətinin nəticələrinə dair təqdim etdikləri maliyyə hesabatlarının forması və təqdim edilməsi qaydasını təsdiq edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Rəqabət Məcəlləsində nəzərdə tutulan maliyyə hesabatları 4 komponentdən ibarətdir: “Maliyyə vəziyyəti haqqında hesabat”; “Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat”; “Kapitalda dəyişikliklər haqqında hesabat”; “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (birbaşa və ya dolayı metod)”. Bu hesabatlar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təqdim olunmalıdır.