Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 4 medal qazanıblar
Azərbaycanın veteran güləşçiləri Xorvatiyanın Poreç şəhərində keçirilən dünya çempionatında 4 bürünc medal qazanıblar.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, A kateqoriyasında sərbəst güləş üzrə Cəlal Süleymanov (62 kq) və Elçin Həsənov (70 kq), yunan-Roma güləşi üzrə Elgiz Məmmədov (100 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.
C kateqoriyasında isə sərbəst güləşdə Cəlal Abdulov (130 kq) üçüncü olub.
Mundialda III dərəcəli beynəlxalq hakim Kamran Baxışovla milli dərəcəli hakim Qədim Qurbanov ədaləti qoruyublar. Baxışov II, Qurbanov isə III kateqoriyaya yüksəlmək üçün imtahan verib.