Səfəralı Nəsirov Şərurda vətəndaşları qəbul edib -

Səfəralı Nəsirov Şərurda vətəndaşları qəbul edib - FOTO

16 Oktyabr 2024

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (NQTA) sədri Səfəralı Nəsirov oktyabrın 16-da Şərur Rayon İcra Hakimiyyətində vətəndaşları qəbul edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbuldan əvvəl Agentliyin sədri Səfəralı Nəsirov və Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

NQTA-nın məsul əməkdaşlarının iştirakı ilə keçirilmiş qəbula gələn vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.