Energetika Xidmətinin əməkdaşları sərgi-satış yarmarkasına baxış keçirib -

Energetika Xidmətinin əməkdaşları sərgi-satış yarmarkasına baxış keçirib - FOTO

16 Oktyabr 2024

Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar keçirilən məhdud fiziki imkanlı və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkası davam edir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin əməkdaşları sərgi-satış yarmarkasına baxış keçiriblər.

Energetiklər sərgilənən əl işlərinə maraqla baxıblar.