Naxçıvanda direktor vəzifəsi üçün müsahibə mərhələsi yekunlaşıb -

Naxçıvanda direktor vəzifəsi üçün müsahibə mərhələsi yekunlaşıb - FOTO

16 Oktyabr 2024

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Naxçıvanda ilk dəfə olaraq şagird sayı 150-dək olan təhsil müəssisələrində vakant olan direktor vəzifəsi üçün müsahibə mərhələsi yekunlaşıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan STEAM Təlim- Tədris Mərkəzində keçirilən müsahibə mərhələsində video-çəkiliş təmin edilməklə namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri hər meyar üzrə 5 ballıq şkala əsasında qiymətləndirilib. Qeyd edək ki, müsahibə mərhələsi iki gün- 15-16 oktyabr tarixlərini əhatə edib.

Məlumat üçün bildirək ki, vakant vəzifələr üzrə 21-28 avqust tarixlərində aparılan sənəd qəbulunda 13 direktor vəzifəsi üçün 48 namizəd sənəd verib, onlardan 43-ü müsahibə mərhələsində iştirak edib.