Naxçıvanda direktor vəzifəsi üçün müsahibə mərhələsinə başlanılıb - FOTO
Naxçıvanda ilk dəfə olaraq şagird sayı 150-dək olan təhsil müəssisələrində vakant olan direktor vəzifəsi üçün müsahibə mərhələsinə başlanılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Naxçıvanda ilk dəfə olaraq şagird sayı 150-dək olan təhsil müəssisələrində vakant olan direktor vəzifəsi üçün müsahibə mərhələsinə başlanılıb.
️
Naxçıvan STEAM Təlim- Tədris Mərkəzində keçirilən müsahibə mərhələsində video-çəkiliş təmin edilməklə namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri hər meyar üzrə 5 ballıq şkala əsasında qiymətləndirilir. Qeyd edək ki, müsahibə mərhələsi iki gün- 15-16 oktyabr tarixlərini əhatə edəcək.
Məlumat üçün bildirək ki, vakant vəzifələr üzrə 21-28 avqust tarixlərində aparılan sənəd qəbulunda 13 direktor vəzifəsi üçün 50-yə yaxın namizəd sənəd verib.
Namizədlərə uğurlar arzulayırıq!