Naxçıvanda oktyabrın 17-nə olan hava proqnozu

Naxçıvanda oktyabrın 17-nə olan hava proqnozu

17 Oktyabr 2024

Naxçıvan Muxtar Respublikasında oktyabrın 17-nə gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikasında 70 faiz ehtimalla gün ərzində arabir qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimal olunur. Saniyədə 5-10 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 8-13°, gündüz 20-25° isti olacağı gözlənilir.