Naxçıvanda oktyabrın 15-nə olan hava proqnozu

Naxçıvanda oktyabrın 15-nə olan hava proqnozu

15 Oktyabr 2024

Naxçıvan Muxtar Respublikasında oktyabrın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikasında gün ərzində arabir yağış yağacağı ehtimal olunur. Saniyədə 5-10 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 22-27° isti olacağı gözlənilir.