Naxçıvanda oktyabrın 16-na olan hava proqnozu

Naxçıvanda oktyabrın 16-na olan hava proqnozu

16 Oktyabr 2024

Naxçıvan Muxtar Respublikasında oktyabrın 16-na gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhərində və muxtar respublikanın digər bölgələrində  qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimal olunur. Saniyədə 5-10 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 20-25° isti olacağı gözlənilir.